XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 07:37

İrəvanda etirazçılar “Qələbə” çığırırlar – FOTO, VİDEO

Artıq dördüncü gündür ki, İrəvanın mərkəzi Baqramyan prospekti bağlanıb, gediş-gəliş kəsilib. Burada əhali ölkədə elektrik enerjisinin qiymətlərinin artırılmasına qarşı dinc etiraz aksiyası keçirir.

Aksiya iştirakçıları bu gecəni də elektrik enerjisinin dəyərinin 7 dram artımı haqqında qərarın ləğv olunmasını tələb edərək Baqramyan prospektində yatıblar.

Hazırda prospektdə iki su maşını və bir neçə başqa polis avtomobili keşik çəkir. Həmçinin Ermənistanın polis rəisi Vladimir Qasparyan burada qorovul çəkir, nümayişçilərlə söhbət edir.

Aksiya təşəbbüskarları və iştirakçıları bildiriblər ki, hələlik etiraz yaradan məsələ həllini tapmayıb: “Biz hər gün saat 18:00-də Azadlıq meydanında yığışacağıq, bütün riskləri göz önünə alaraq səhərə qədər aksiyanı “Talana yox” şüarı ilə davam etdirəcəyik. Amma bütün hərəkətlərimiz qanun çərçivəsində olacaq. Biz Konstitusiyanı pozmuruq. Bura 1000, yaxud 5000 min insanın toplaşması əhəmiyyətli deyil, əsas odur ki, əhali bu rejimdən bezib”.

Maraqlıdır ki, Baqramyan prospektində hər gün işıq söndürülür. Bu, aksiya iştirakçılarında narazılıq doğurur və nifrəti daha da artırır.

Hazırda etiraz aksiyası davam edir, iştirakçılar “Biz qalib gələcəyik”, “Qələbə” mahnısını oxuyurlar.

Xatırladaq ki, iyunun 25-dən -26-na keçən gecə Baqramyan prospektində baş verən hadisələrin necə cərəyan etməsini aşağıdakı videoda görmək mümkündür.