XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 01:19

Atatürk Hava Limanı qan içində:Son dəqiqə - 36 ölü, 147 yaralı (VİDEOLAR/YENİLƏNİR)

Türkiyə mətbuatında yayılan son bilgilərə görə, yaralıların sayı 147-yə yüksəlib.

***

Atatürk Hava Limanı iyunun 29-u, yerli vaxtla səhər saat 8.00-a qədər qapalı olacaq. 

***

Atatürk Hava Limanında baş verən terror hücumuna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Strateq.az  xəbər verir ki, bu barədə ABŞ-ın AP informasiya agentliyi Ankaradakı yüksək vəzifəli şəxslərdən birinə istinadən məlumat yayıb. Agentliyə danışan rəsmi teraktda 50 nəfərin həyatını itirdiyini bildirib. Son rəsmi bllgilərdə isə ölü sayı 36 göstərilir.

***

Son məlumatlara görə, ölənlərin sayı 32-yə, yaralıların sayı isə 88-ə yüksəlib. Ölənlərdən iksinin polis olduğu bildirilir.

***

Hadisədən dərhal sonra prezident Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin təcili iclasını çağırıb.

Baş nazir Binali Yıldırım və digər nazirlərin qatıldığı görüşdə baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Afkan Ala, milli müdafiə naziri Fikri İşık, ailə naziri Fatma Kaya və nəqliyyat naziri Ahmet Arslanın təcili İstanbula getməsinə qərar verilib. 

***

Hadisə yerində olan yerli jurnalistlərdən Abdulkadir Səlvinin dediyinə görə, hava limanına eyni anda 7 terrorçu hücum edib. Onlardan biri özünü partladıb, biri yaxalanıb, biri polislərlə atışma zamanı öldürülüb, digər dördünün isə axtarışları davam edir.

Müşahidə kameraları terrorçulardan birinin bu gün günorta saatlarında da hava limanına giriş etdiyini, ərazidə kəşfiyyat gəzişi apardığını ortaya qoyub.

A.Səlvinin dediyinə görə, terrorçulardan birində «Kalaşnikov» avtomatının olması terrorun izini PKK-ya aparsa da, sonradan daha çox İŞİD versiyasının üzərində durulub. Lakin hələ bu istiqamətdə yekun qərar verilməyib.

Səlvi onu da bildirib ki, terrorçulardan biri hava limanındakı sərnişinlərin diqqətini çəkib və onlar bu barədə polisə məlumat veriblər. Polis şübhəlinin izinə düşərkən bu şəxs iki nəfər yoldaşının yanına yaxınlaşıb. Diqqət çəkdiyini görən terrorçular polisə atəş açmağa başlayıblar. Az sonra onlardan biri özünü partladıb.
 

****

Türkiyə vaxtı ilə saat 22.00-da Atatürk Hava Limanında baş verən «canlı bomba» terrorunda 28 nəfərin öldüyü, 60 nəfərin yaralandığı (6-nın vəziyyəti ağırdır) bildirilir.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qədər əvvəl ədliyyə naziri Bəkir Bozdağ ölənlərin 10, yaralıların isə 20 nəfər olduğunu açıqlamışdı.

İlkin məlumatlara görə, terrorçu «Kalaşnikov» avtomatı ilə X-Ray cihazından keçməyə çalışıb. İfşa olunduğunu gördükdə isə özünü partladıb.

Üç ayrı partlayışın olması terrorçuların da sayının birdən artıq olduğunu göstərir. 

Nazir "kamikadzenin" hansı terror təşkilatından olduğunu bildiklərini, lakin hələlik dəqiqləşdirmələrin davam etdiyini deyib.

Hava limanına giriş-çıxış qapadılıb, bütün uçuşlar dayandırılıb. Əraziyə xeyli sayda polis və təhlükəsizlik qüvvələri və 100-dən artıq təcili yardım maşını cəlb olunub.