XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 02:44

Türkiyə mediasına terrorla bağlı qadağa –Bütün materiallar əvvəlcə rəsmi qurumlara təqdim ediləcək

terror-atayurk

Türkiyə Televiziya və Radio Yayımı Şurası İstanbulun “Atatürk” hava limanındakı terror hadisəsi ilə bağlı təfərrüatların  işıqlandırılmasına müvəqqəti qadağa qoyub.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Qadağanın çaxnaşma və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə qoyulduğu bildirilir.   

Məlumatda qeyd olunur ki, terror aktları ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün partlayışların baş vermə məqamını, partlayışlardan sonrakı səhnəni əks etdirən kadrlar və dövlət qurumları işçilərinin işini əks etdirən bütün  materiallar müvafiq rəsmi qurumlara təqdim edilməlidir.

Son məlumata görə, terror hücumları nəticəsində 28 nəfər ölüb, azı 60 nəfər yaralanıb.