Bu gün yerli vaxtla saat 22.00-da Atatürk Hava Limanında baş verən terror hücumuna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Strateq.az xəbər verir ki, bu barədə ABŞ-ın AP informasiya agentliyi Ankaradakı yüksək vəzifəli şəxslərdən birinə istinadən məlumat yayıb.
Agentliyə danışan rəsmi teraktda 50 nəfərin həyatını itirdiyini bildirib.