XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 10:09

ABŞ-dan ilk reaksiya- Ağ Ev İstanbul teraktını pislədi

Ağ Ev administrasiyası İstanbulun Atatürk Hava Limanındakı terror hücumunu pisləyib.

Ağ Ev sözçüsü Coş Earnest yazılı açıqlamasında, törədilən qanlı hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Anadolu xəbər agentliyinin məlumatın görə açıqlamada onlarla insanın öldüyü və yaralandığı İstanbul Atatürk Hava Limanında baş verənlər kəskin şəkildə pislənilib: "Terror təhdidinə qarşı mübarizəmizi davam etdirərkən, dünyadakı digər dost və müttəfiqlərimizlə, NATO müttəfiqi və tərəfdaşımız olan Türkiyəyə sarsılmaz dəstəyimizi davam etdiririk".

ABŞ prezidenti Barak Obamanın da İstanbuldakı Atatürk Hava Limanında baş verən partlayışla bağlı məlumatlandırıldığı bildirilir.

Obamaya partlayışla bağlı məlumat daxili təhlükəsizlik və terrorla mübarizə müşaviri Liza Monaco tərəfindən verilib.