XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 12:22

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru:"30 İŞİD üzvü Türkiyəyə yollanıb"

Con-Brennan

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan İstanbul Atatürk Hava Limanındakı partlayışla bağlı bir iddia ilə çıxış edib.

Brennan 30 İŞİD (İraq Şam İslam Dövləti) üzvünün Türkiyəyə yollandığını söyləyib.
 
Brennan "NBC"-nin axşam xəbərlərində çıxış edərək bildirib ki, hazırda İŞİD-in üzvləri Əl-Qaidənin ən güclü olduğu vaxtdakından da artıqdır.
 
Məlumata görə, MKİ direktoru keçən həftə ABŞ Senatının Kəşfiyyat Komitəsini də İŞİD haqqında xəbərdar edib. O, terror təşkilatının Liviyadakı fəaliyyətinin genişlənərək Avropaya keçəcəyini vurğulayıb. Konkret olaraq bildirib ki, terror aktlarının sayı getdikcə artacaq(lent.az).