XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 13:21

Rus və ABŞ gəmiləri üz-üzə gəldi-bu dəfə Aralıq dənizində

 

Rus ve ABD gemileri Akdeniz'de karşı karşıya

“ABŞ-a aid bir destroyer Aralıq dənizində Rusiya hərbi gəmisinə, az qala, toxunaraq keçib və qəzaya səbəb olacaq şəkildə beynəlxalq dənizçilik qaydalarını pozub”.

Strateq.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.  

Məlumata görə, hadisə 17 İyunda baş verib, "USS Gravely" adlı ABŞ destroyeri Rusiyanın "Yaroslav Mudri" gəmisinə 50-60 metrə qədər yaxınlaşıb.

Qeyd edək ki, eyni təhlükəli manevrlər bu zamana qədər Baltik dənizində tez-tez yaşanırdı. Hadisənin indi Aralıq dənizində baş verməsi iki ölkə qarasındakı ziddiyyətin tədricən cənuba yayıldığından xəbər verir.

Xatırladaq ki, bir müddət öncə ABŞ iki təyyarə gəmisini Aralığa göndərmişdi. ABŞ-ın Aralıq dənizində güclənməsi iki dövlət arasında ciddi gərginliklərin yaşanacağı ehtimalını ağla gətirirdi.  Məlum hadisə əndişənin əsassız olmadığını göstərir.