XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 13:42

Putin Türkiyəyəbaşsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin İstanbulun Atatürk Hava Limanında baş verən qanlı terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin teraktla bağlı fikirlərini alman və rus uşaqların iştirakı ilə keçirilən tədbirdəki çıxışı zamanı bölüşüb: «Teraktın qurbanlarına üzüntümüzü çatdırır və başsağlığı veririk». 

Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov da terror hücumunda həyatını itirənlərə başsağlığı verib.

Puşkov «Twitter» hesabından verdiyi açıqlamada "Bütün dünyadakı terror hücumlarının qurbanları günahsız insanlardır. Rusiyadan İstanbul, Brüssel və Parisi anırıq. Başımızı əyirik. Başsağlığı veririk. Unutmuruq", deyə bildirib.