XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 14:54

“Dolların bahalaşmasının qarşısını almaq mümkün deyil” –Vüqar Bayramov

vuqarbayram-1.jpg

İqtisadçı Vüqar Bayramov manatın dollar qarşılığında ucuzlaşacağı ilə bağlı növbəti proqnozunu verib. 

Strateq.az xəbər verir ki, ekspert məzənnə ilə bağlı sualların çox sadə cavabının olduğunu deyib:

"Əgər dünən hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və yalnız onun 10 faizi ödənilibsə, deməli ən azı banklar istədikləri pulu alanadək manat ucuzlaşmalıdır. Yəni, hətta Mərkəzi Bankın indiki mövcud müdaxilə səviyyəsində də dolların manata nisbətən bahalaşmasının qarşısını almaq mümkün deyil. Çünki bunu bazar tələb edir. Dollara bankların tələbi varsa, deməli, onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər. Ən sadə iqtisadi qanuna uyğun olaraq milli valyuta da nə qədər çox təklif olunursa, onun dəyəri o qədər düşür”.

V.Bayarmovun sözlərinə görə, manat yalnız inzibati müdaxilə nəticəsində cüzi bahalaşa bilər:

"Əgər bütün bu iqtisadi qanunauyğunluqlara rəğmən manatın az da olsa güclənməsi müşahidə olunarsa, bu, bazardakı tarazlıq deyil, süni şəkildə inzibati müdaxilə nəticəsində mümkündür. Xarici valyutaya olan mövcud tələb heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır. Mərkəzi Bank rezervlərini bazara çıxarıb dollara olan tələbi ödəməlidir ki, manata təzyiq azalsın. Baş bank hələlik ehtiyatlarını qorumağa çalışdığı üçün mövcud şərtlər manatın dollara qarşı dəyər itirməsini diktə edir”.