XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 16:02

Putin Türkiyəyə qarşı sanksiyaları ləğv etdi:Turist qadağası götürüldü

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyəyə qarşı turizm sahəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hökumətə tapşırıq verib.

Vladimir Putin hökumətə, həmçinin Türkiyə ilə ticari əlaqələr də daxil olmaqla, bütün sahələrdə münasibətlərin normallaşdırılmasını tapşırıb.

Strateq.az “Exo Moskvı” radiosuna istinadən bildirir ki, Putin Nazirlər Kabinetinin bugünkü iclasında baş nazir Dmitri Medvedevə bununla bağlı təkliflər paketinin hazırlanması və turizmlə bağlı məhdudiyyətlərin götürülməsi üçün  göstəriş verib. Rusiya prezidenti deyib ki,  həmkarı Ərdoğan ona rus turistlərinin təhülkəsizliyinin təmin olunacağını vəd edib.

Hər iki prezident münasibətlərin bərpa olunması barədə razılığa gəliblər. İki ölkə arasında iqtisadi və digər əlaqələr yenidən yaxşılaşacaq.

İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığında iki ölkə arasında münasibətlərin yenidən canlandırılması məsələləri müzakirə edilib.