XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 17:17

Azərbaycanın bütün aeroportlarındatəhlükəsizlik tədbirləri gücləndirildi

Azərbaycanın bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O bildirib ki, terminallara giriş zamanı nəzarət tədbirləri gücləndirilib, aeroport ərazisində obyektlər və təyyarələr ciddi şəkildə yoxlanılır.

P.Kəsəmənski, həmçinin qeyd edib ki, Türkiyənin Atatürk hava limanında baş verən terror səbəbindən İstanbul istiqamətində bilet dəyişimi və gedişlərin təxirə salınması ilə bağlı işlər asanlaşdırılacaq.

İyulun 31-dək bütün qeydiyyat və reys dəyişiklikləri pulsuz həyata keçiriləcək. Bundan başqa heç istifadə edilməmiş biletlərin ödənişsiz geri qaytarılması da mümkün olacaq. Bilet müddətini uzatmaq istəyən sərnişinlər isə hər hansı ödəniş fərqi olmadan biletin keçərliliyini iyulun 31-nə kimi uzada biləcək.