XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 07:10

“Təyyarə böhranı hər iki ölkəyə zərər vururdu”

elcin

“R.T. Ərdoğanın Rusiya ilə münasibətlərində yaranmış gərginliyin aradan qaldırılması üçün Putinə göndərdiyi məktub təqdirəlayiqdir. Təyyarə böhranı hər iki ölkənin siyasi və iqtisadi maraqlarına çox böyük zərər vururdu”.

Strateq.az xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanov Ərdoğanın “üzrxahlıq” məktubunu şərh edərkən, belə deyib.

Əməkdaşımızla söhbətində o, həmçinin məktubun zamanlamasına diqqət çəkib:

“Ramazan ayı gərginliyin aradan qaldırlması üçün ən münasib vaxt idi. R. T. Ərdoğanın barışığa çağırışının rusiyalı həmkarı tərəfindən qəbul edilməməsi geniş qınaq doğura bilərdi. Hesab edirəm ki, barışıq üçün artıq kifayət qədər münbit şərait var idi. Onsuzda qütbləşmiş dünya Rusiya və Türkiyə münasibətlərinin istiləşməsindən məmnun deyildi”.

Məktubun yazılmasından bir gün sonra İstanbulda baş verən terror hadisəsini də bu konteksdə dəyərləndirməyin vacibliyinə toxunan Elçin Qurbanova görə, Türkiyənin qonşularıyla yaxın münasibətlər qurması bir çox dünya güclərini qıcıqlandırır: “Törədilmiş terror hadisəsi də Ərdoğanın doğru addım atmasından xəbər verir”.

Ekspertin fikrincə, Ərdoğanın bu addımı atmasında Türkiyənin Qərb dünyası tərəfindən təcrid edilməsi də mühüm rol oynayıb:

Türkiyənin Avropa Birliyinə üzvlüyünə qoyulan məhdudiyyətlər, NATO-dan kənarlaşdırılmasına çağırışlar və oxşar siyasi hadisələr də bu məktubun yazılmasında əsaslı rol oynayıb. Bunu rəsmilər yaxşı  başa düşürlər. Mənə elə gəlir ki, münasibətlərin bərpasında Azərbaycanın da rolu az olmayıb. O ki, qaldı münasibətlərin bizim üçün faydalı olub olmamasına, bu, istənilən halda Azərbaycanın xeyrinədir”.