XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 20:43

Türkiyə Ordusu Suriyaya girir – Əmr artıq imzalanıb

Türkiyə mediası prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə çankaya Köşkündə keçirilən “Suriya böhranı” toplantısında ordunun Suriya torpaqlarına müdaxilə planının müzakirə edildiyi xəbərini yayıb.

Bildirilir ki, planda Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Cerablus vilayətində İŞİD terror ruplaşmasının nəzarətinə son qoyulması və qərbə doğru 110 kilometrlik təhlükəsizlik xəttinin yaradılması nəzərdə tutulub.

Həmçinin türk mediası yazıb ki, Ərdoğan və baş nazir Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrindən Suriya torpaqlarına daxil olmasını istədikdən sonra Xarici İşlər Nazirliyi etiraz edib. Xarici İşlər Nazirliyi hərbi müdaxilə üçün ABŞ və koalisiya güclərinin, həmçinin Rusiya, İran və Dəməşq rejiminin razılaşmasnın alınmasının vacibliyini bildirib.

Baş nazirlikdəki mənbələr Əhməd Davudoğlunun Cerablusa müdaxilə üçün Baş Qərargaha yazılı əmr göndərdiyini təsdiqləyib.

Strateq.az