XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 06:38

İrəvanda aksiya iştirakçıları “yox” dedilər

ermeni mitinq.jpg

Ermənistanın paytaxtı Yerevanda hökumət tərəfindən elektrik enerjisinin qiymətinin qaldırılmasına qarşı iyunun 19-dan başlayan etiraz aksiyası davam edir.

Axşam sakit keçib. Sübhə qədər müxalifət deputatlar və ziyalılar polislə mitinq iştirakçıları arasında “canlı divar” qurublar. Etiraz aksiyasının keçirildiyi yerə Yerevan polis idarəsi rəis müavini Aşot Karapetyan gəlib.

Səhər saatlarında isə aksiya iştirakçıları meydanı təmizləməyə və yumağa başlayıblar.

Bir çox şəhər sakini uşaqları ilə birlikdə aksiya keçirilən yerə gəlirlər.

Dünən aksiya iştirakçıları hökumətin danışıqlar aparılması təklifini rədd ediblər. Onlar bildiriblər ki, tələbləri konkretdir və yerinə yetirilməyənə qədər aksiya davam edəcək.

Yerevandakı aksiyanın davamlı xarakter alması artıq Moskvanı da hərəkətə gətirib. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib ki, “Elektriceskie seti Armenii” şirkətində audit yoxlaması keçiriləcək. Bu şirkət Rusiyanın “İnter RAO” şirkətinə məxsusdur.

Aksiyanın təşkilatçısı “Talana yox” hərakatının təmsilçiləri isə bildiriblər ki, prezident Sərkisyanın Moskvaya səfərinin nəticəsi kimi “Elektriceskie seti Armenii” şirkətində audit keçirilməsi ilə bağlı razılıq əldə olunması onları qane etməyib. Tələblər yerinə yetirilənə qədər aksiya davam etdiriləcək. Beləliklə, akisya iştirakçıları növbəti dəfə prezident Sərkisyana “yox” deyiblər.

Məlumatı http://www.tert.am/ saytı yayıb.

Strateq.az