XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 07:06

Ərdoğandan sərt mesaj – “Göz yuma bilmərik!”

erdoqan-1.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqress Mərkəzində Türkiyə Qızılayının tədbirində və iftar yeməyində çıxış edərək son günlər Suriyada baş verənlərlə bağlı çox sərt açıqlamalar verib: “Bütün dünyaya səslənirəm. Suriyanın şimalında və şərqimizdə bir dövlət qurulmasına əsla icazə verməyəcəyik. Nəyin müqabilində olsura-olsun, mübarizəmizi davam etdirəcəyik. Bölgənin demoqrafiyasını dəyişdirmək əməliyyatını sona çatdırmaq istəyirlər. Göz yuma bilmərik”.

Ərdoğan Suriyadan qaçaraq Türkiyəyə sığınan insanlara edilən 4,5 milyard dollar humanıtar yardımla Ankaraının dünyada üçüncü yeri tutuduğuna diqqət çəkib. O, Suriya qaçınlarının ehtiyaclarının ödənilməsi ilə bağlı xərclərin qonşu ölkələrin üzərinə qoyulmasının ədalətli yanaşma olmadığını açıqlayıb.

Strateq.az