XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 15:50

Rusiya Əsədin getməsinə razıdır –İki şərtlə

Rusya'dan Esad'ın gitmesine iki şart

Kreml və Rusiya Xarici İşlər Nazirliyinin qaynaqlarına görə, Moskva Əsədin getməsinə razı ola bilər. Ancaq iki şərtlə: Əvvəla, Rusiya Əsəddən sonra hakimiyyətə islamçı qrupların gəlməyəcəyindən əmin olmalıdır. İkincisi, Əsəd rejimi dəyişdirildikdən sonra Suriyadakı hərbi bazalar öz yerində qalmalıdır.

Strateq.az xəbər verir ki, bu iddianı İngiltərənin Moskvadakı sabiq səfiri Sir Toni Brenton irəli sürüb.

Brentona görə, Rusiya Bəşər Əsəddən sonra Suriyanın daha pis vəziyyətə düşə biləcəyindən və tamamilə nəzarətdən çıxacağından ehtiyatlanır.

Qeyd edək ki, Suriyanın Tartus limanından Rusiyanın Qara dəniz donanmasının hərbi gəmiləri baza kimi istifadə edir. Ölkənin Aralıq dənizində əsas gücü hesab olunan bu baza əldən çıxarsa, dünyaya çıxışı da bağlana bilər. Bu isə Rusiyanın dünya dövləti olmaq qabiliyyətini itiriməsi deməkdir.

Məsələyə bu aspektdən nəzər salanda Brentonun iddiaları əsassız görünmür.

Heydər

Strateq.az