XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 21:05

Putin Türkiyəyə qarşı qadağaları sürətlə qaldırır –Təhlükəsizlik Şurasına yeni tapşırıqlar verildi

putin-esas

Rusiya Türkiyəyə qarşı daha bir neçə önəmli jestlər edib. 

Strateq.az Türkiyənin NTV kanalına istinadən bildirir ki, bununla bağlı bu gün Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə turpaketlərin satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb. O, eyni zamanda iki ölkə arasında çarter reyslərinin də bərpa olunmasına göstəriş verib. Bundan başqa, ticarət və digər iqtisadi əməkdaşlığın sürətləndirilməsi yönündə məsələlər gündəmə gətirilib.

Məlumatda o da bildirilir ki, Putin bu gün Rusiya Təhlükəsizlik Şurasına da Türkiyə ilə terror məsələsində əməkdaşlıqla bağlı tapşırıq verib. Bu tapşırıqla bağlı Rusiyadan Türkiyəyə öönəmli mesajların verildiyi də xəbərdə yer alıb.