XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 22:04

Bakının “Maşın bazarı”nda güclü yanğın –VİDEO, FOTOLAR

masin-bazari-8km-yangin

Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın baş verib.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub. 

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, güclü yanğın "maşın bazarı"nın girişində baş verib və yanğın təxminən 25 mağazaya yayılıb.

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

***

Fövqəladə Hallar Nazirliyi "Maşın bazarı"ndakı yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib.

Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

***

saat 22.45.

Yanğın getdikcə böyüyür, hadisə yerinə əlavə qüvvələr çağırılıb

Bakının maşın bazarında başlayan güclü yanğın hələ də davam edir.

ANS-inn məlumatına görə, güclü yanğın nəticəsində onlarla mağaza yanıb.

Yanğınsöndürənlər hələ də yanğının qarşısını ala bilməyiblər. Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan operativ qərargahdan bildirdilər ki, yanğının qarşısının alınması üçün əlavə yanğınsöndürən maşınlar çağırılıb.