XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyul 2016 - 11:06

Böyük Britaniyanın yeni nəsil döyüş silahı –VİDEO

qirici-ingiltere

Hazırlanması 93 milyon dollara başa gələn Supersonik döyüş təyyarəsi ilk uçuşunu edib.

ABŞ Dəniz Qüvvələri Korpusunun müşayiəti ilə uçuşu reallaşdıran Supersonik müvəffəqiyyətlə yerə enib.

5-ci nəsil supersonik döyüş təyyarəsi ilk dəfə Böyük Britaniyaya gəlib. Təyyarə Kral Hava Qüvvələrinin Feyrford aviabazasında eniş edib. "F-35B Laytninq-2" markalı qırıcı təyyarə 10-saatlıq ilk uçuşunu məhz Amerika Birləşmiş Ştatlarından İngiltərəyə edib. Döyüş təyyarəsini ABŞ Dəniz Qüvvələri Korpusunun iki təyyarəsi müşayiət edib.

Bu, Böyük Britaniyanın ABŞ-dan 2018-ci ildən etibarən alacağı yeni nəsil döyüş təyyarələrindən birincisidir. Onun göyərtəsində olan ekipaj üzvləri britaniyalı həmkarlarına yeni nəsil döyüş təyyarəsinin imkanları və uçuş xüsusiyyətləri ilə bağlı təlim keçəcəklər. "F-35B" döyüş təyyarəsi Beynəlxalq "Eyr-Tatu" və "Farnboro" Beynəlxalq Aviaşoularında nümayiş etdiriləcək. Təyyarənin inşası 70 milyon funt-sterlinqə (93 milyon dollara) başa gəlib.

ANS