XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 13:38

Putindən Ermənistana 200 milyon dollarlıq “hədiyyə”
Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb.
Strateq.az azadlıq.info-ya istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, İrəvanda keçirilən hökümətlərarası komissiyanın iclası zamanı bu məsələ geniş müzakirə olunub. İclasda Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının nəqliyyat naziri, komissiyanın həmsədri Maksim Sokolov iştirak ediblər.
“Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası Ermənistana 200 milyon dollar kreditin ayrılmasına dair sazişlə yadda qalıb. Bu kredit erməni silahlı qüvvələrinin arsenalındakı müasir silahların və hərbi texnikanın assortimentini xeyli ölçüdə genişləndirəcək”– deyə Sərkisyanın mətbuat xidmətinin açıqlamasında bildirilir.
Hökumətlərarası komissiyanın iclasına Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolov başçılıq edib. Ermənistana ayrılan kreditin şərtləri və detalları haqda məlumat verilmir.