XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyul 2016 - 11:55

Rusiyalı ekspertdən sensasion iddia:"Kreml böyük müharibəyə hazırlaşır"

rus-ordusu

"Avropadakı problemlər ətrafındakı ajiotajdan Rusiya özünün hərbi resurslarının gizli səfərbər olunması üçün yaxşı istifadə etdi".

Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Oleq Jdanov söyləyib.

Onun sözlərinə görə, Kreml bunun vasitəsilə açıq şəkildə böyük müharibəyə hazırlaşdığını göstərir:

“Hər kəsin diqqətinin Breksitdə olduğu bir zamanda Rusiya Duması antiterror qanunlar paketini qəbul edərək, ölkədə diktaturanı rəsmiləşdirdi. Putin qoşunların hərbi hazırlığını artırıb. Hədəf ehtiyat ordunun formalaşdırılmasıdır. Kreml böyük müharibəyə hazırlaşır, amma bu savaşı başladan Moskva olmayacaq. Kremlin buna cəsarəti çatmayacaq. Məncə, ölkədə “Rusiya – xarici aqressiyanın qurbanı” ssenarisi oynanılacaq. Bütün hərbi resurslarına rəğmən, Rusiya heç vaxt NATO-ya çatmayacaq”. 

Axar.az