XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 16:37

Müdafiə Nazirliyi: “Ermənilər yalan deyir, itki verməmişik”

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin də itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır.

Strateq.az saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər və daxili çəkişmə nəticəsində ermənilərin bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə günahı Azərbaycan tərəfinin üzərinə atmaqla ictimaiyyətinin diqqətini ordusunda baş verən neqativ hallardan yayındırmağa çalışır.

Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən Yerevanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.