XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 17:02

Vergilər Nazirliyi tanınmış vəkili məhkəməyə verdi –Ölkədən çıxışa qadağa iddiası ilə

esabeli-vekil

"Bir qədər bundan əvvəl teleqram ilə məni məhkəməyə dəvət etdilər. Məlum oldu ki, vergi idarəsi məhkəməyə təqdimat verib ki, mənim xaricə çıxışıma qadağa qoyulsun. Dedim ki, olmayan hüquqa necə qadağa qoymaq olar. Artıq iki ildir ki, baş prokurorluğun qadağası sahəsində ölkədən çıxa bilmirəm".

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Əsabəli Mustafayev özünün "Feysbuk"dakı səhifəsində yazıb.

Vəkil bildirib ki, vergi orqanı ondan 8000 manata yaxın əlavə vergi tələb edir:

"Guya ki, rəhbərlik etdiyim QHT (Demokratiya və Insan Hüquqları Resurs Mərkəzi) 2-3 qrantı qeydiyyatdan keçirməyib. Halbuki, bu qrantların qeydiyyatdan keçməsi barədə məlumat Ədliyyə Nazirliyinin saytında yerləşdirilib (İntiqam Əliyev, Rəsul Cəfərov və digərlərin işində olduğu kimi). Mən əlavə verginin tətbiqi barədə vergilər idarəsinin bu qərarını dərhal məhkəmədə mübahisələndirmişəm. Lakin məhkəmə bu iş üzrə icraatı vergilər idarəsinin xahişi ilə bir ilə yaxındır ki, dayandırıb.Bəhanəsi də budur ki, prokurorluqda araşdırma davam edir. Beləliklə də, bir tərəfdən əlavə verginin qanuniliyinə məhkəmədə baxılmasına imkan vermir, digər tərəfdən hər ay faiz hesablayır və mənim olmayan hüququmu məhdudlaşdırmaq istəyir".

Vəkil onu da bildirib kİ, Baş Prokurorluğa qarşı araşdırmanın qanunsuz aparılması, ölkədən çıxışına qadağanın, təşkilatın və onun şəxsi bank hesablarına qoyulmuş həbslərin qanunsuzluğu barədə qaldırdığı iddiaya da baxılmır:

"Çünki prokurorluğun nümayəndəsu prosesə gəlmir. Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləğ vardır, lakin vergi onu götürə bilmir ki, pokurorluq hesaba həbs qoyub. Pulun ödənilməsinə prokurorluq imkan vermir, cəzalanan isə mən oluram. Ən əsası isə Rəsul Cəfərov Azərbaycana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi belə əlavə vergi hesablanmasını qanunsuz sayıb. Lakin nə prokurorluq, nə məhkəmə, nə də vergi belə məsələləri nəzərə almır".

Sonda vəkil bildirib ki, bugünki məhkəmə iclası iyulun 8-nə təxirə salınıb:

"Yəqin ki, vergi idarəsinin təqdimatı təmin olunacaq və mən ölkədən 2 qat çıxa bilməyəcəyəm. Sonra yəqin işıq, su, kanalizasiya və digər bu kimi idarələr də məhkəmələrdə öz tələblərini qaldıracaqlar.Ancaq heç bir faydası yoxdur".