XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 17:01

Sarkisyan mitinqçilərə yalvardı: “Siz Allah, dağılın…”

“Siz Allah, İrəvanın mərkəzini iflic vəziyyətdə saxlamağa son qoyun. Allah xatirinə, dağılışın. Belə getsə, hamımızın çiynindəki bu məsuliyyətin ağırlığı yalnız artacaq. Daha sakit mübarizə metodlarına keçin. Baqramyan prospektini boşaldın. Qərarların qəbulu mərhələsində bizə kömək edin. Bu qərara etimadın artırılmasına yardım edin”.

Eməni KİV-lərinin məlumatına görə, bu çağırışla Ermənistan prezidenti Serj Sərkisyan elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən mitinqçilərə müraciətində bildirib.

S.Sərkisyan onu da bildirib ki, birgə qrup yaradılacaq və həmin qrup elektrik enerjisinin qiymətinin artırılmasının nə dərəcədə ciddi əsaslara malik olmasını araşdıracaq: “O vaxta qədər isə hökumət tarif artımını kompensasiya etməyi öz üzərinə götürür”.