XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 09:51

İran Şimali İraq kürd muxtariyyətinitəhdid etdi

İran'dan Kuzey Irak yönetimine tehdit

“İraqın şimalındakı siyasi səlahiyyətlilərə öhdəliklərinə bağlı qalmaları barədə xəbərdarlıq edirəm. İrana təhdid meydana gətirən hər nöqtəni heç bir tərəddüd hissi keçirmədən yox edəcəyik."

Strateq.az xəbər verir ki, bu fikirləri İran İnqilab Keçikçiləri korpusunun komandir müavini Hüseyn Səlami bildirib.

İranlı generalı qəzəbləndirən son günlər ölkənin şimal-qərbində İran təhlükəsizlik güclərinə qarşı kürd silahlılarının hücumları olub. Şimali İraqda məskunlaşan və zaman-zaman sərhədi aşaraq İran ərazisində təxribatlar törədən İ-KDP-nin bu fəallaşmasını rəsmi Ərbilin separatçılara qucaq açmasıyla əlaqələndirən general regional kürd rəhbərliyinə “barmaq silkələyib”.

İranin rəsmi agentliyi IRNA-nın xəbərinə görə, general təhdid dolu açıqlasını paytaxt Tehranda Qüds günü münasibətiylə keçirilən tədbirdə çıxışı zamanı dilə gətirib. Səlami çıxışında bölgədəki bəzi dövlətləri də təhlükəsizlik güclərinə qarşı hücumların arxasında olmaqda günahlandırıb.

Qeyd edək ki, İranın şimal-qərb bölgələrində 15 iyundan etibarən, İ-KDP silahlıları ilə İran əsgərləri arasında başlayan qarşıdurmalarda iki tərəfdən onlarla adam həyatını itirmişdi.