XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 01:05

Əliyevlə Sarksiyanın görüşü –Kerri ilə Lavrov müzakirə etdi

lavrov-kerri-88

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə. C. Kerrinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünə də toxunulub.

C. Kerri və S. Lavrov prezidentlərin görüşünün nəticələrinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımları müzakirə ediblər.

APA