XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 01:36

“Belə bir addımın atılması çox mühümdür” –Poroşenkodan ABŞ-a yeni çağırış

poroshenko-300x150

ABŞ hərbi yardım qismində Ukraynaya 500 milyon dollar ayıra bilər.

Bu barədə Borispol hava limanında hərbi texnikanın qəbul edilməsi zamanı Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.  

Onun sözlərinə görə, kontrbatareya əleyhinə radiolokasiya sistemi ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək.

“Bu addım ABŞ hökumətinin Ukraynaya bu il üçün nəzərdə tutulmuş hərbi-texniki yardımın az bir hissəsidir. Bu yardım üçün ABŞ 335 milyon dollar ayırıb. Konqresdə Ukraynaya əlavə olaraq 500 milyon dolların ayrılması barədə qanun layihəsinə baxıldığı zaman belə bir addımın atılması çox mühümdür”, – deyə, Poroşenko qeyd edib.

APA