XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 01:51

“Avro-2016″nın erkən finalı:Almaniya - İtaliya oyunu və "nəfəskəsən" penaltilər...

avro-2016-cempionat

"Avro-2016”da 1/4 finalında daha bir erkən final sayılan oyununda Almaniya və İtaliya milliləri üz-üzə gəliblər.

Strateq.az xəbər verir ki, oyunda hesabı Almaniyanın türk əsilli oyunçusu Məsut Özil 65-ci dəqiqədə hesabı açıb. Lakin 78-ci dəqiqədə italyanlar penalti zərbəsi əldə ediblər. Topa yaxınlaşan Bonuccinin zərbəsi dəqiq olub – 1:1.

Oyuna əlavə edilmiş 30 dəqiqəlik vaxtda da hesab dəyişməyib – 1:1.

Oyunun taleyi penaltilərə həll olunub. İtalyanlardan 2-ci penalti zərbəsini vuran Zazanın zərbəsi dəqiq olmayıb. Bundan sonra Almaniyanın qolçusu Müllerin də zərbəsini italyan qapıçı Buffon dəf edib. Məsut Özilin zərbəsi isə dirəkdən dönüb. Bununla da italyanlar əla fürsət yaxalayıb.

Ancaq 4-cü penaltini də italyanlar vura bilməyərək bu fürsətdən yararlana bilməyib. İtalyan oyunçunun zərbəsi yandan keçib. Bundan sonra almanlar hesaba tarazlıq gətirib – 2:2.

5-ci həlledici zərbədə isə italyanlardan Belluccinin zərbəsini alman qapıçı Noyer qaytarıb. Almanlardan Şvaynştager qələbə qopunu vura bilməyib. Onun zərbəsi qapı tirinin üzərindən keçib – 2:2.

Hakimin əlavə etdiyi penaltidə isə italyanlar və almanlar dəqiq oynayıblar –  3:3.

7-ci penaltidə Parola İtaliyanı yenə önə çıxarıb. Almaniyalı Hektorun topu da dəqiq olub – 4:4.

8-ci penaltilər seriyasında italiyanlar yenə önə çıxsa da, almanlardan Buatenq də dəqiq oynayıb – 5:5

9-cu penaltilər seriyasında isə italiyanlı oyunçunun zərbəsi dəqiq olmayıb. Alman qapçı Noyer zərbəni dəf edib. Almaniyalı oyunçu isə bu dəfə dəqiq olub və 1/2 finala vəsiqəni təmin edən həlledici qolu vurub – 6:5.

Onu da qeyd edək ki, Almaniya yarımfinalda Fransa – İslaniya cütünün qalibi ilə qarşılaşacaq.