XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 07:30

Neft yenidən ucuzlaşa bilər-həftəyə

Kanada'da yangının zararı 9 milyar dolar

Həftəni 50.65 dollarla başa vuran neft qiymətləri yeni həftədən ucuzlaşa bilər.

Strateq.az xəbər verir ki, bunun səbəbi Kanadada 2 aydır davam edən meşə yanğınının dünən gecədən etibarən nəzarət altına alınmasıdır.

Bildirildiyinə görə, yanğın nəticəsində Kanada gündəlik ixracatını 1 milyon barelə yaxın azaltmışdı. Bu da son zamanlar neftin bahalaşamasının səbəblərindən biri hesab olunurdu. Dünən axşam isə Kanada rəsmiləri 600 min hektar ərazini əhatə edən yanğının nəzarət altına alındığını bildiriblər.

15 ayrı-ayrı nöqtələrdə davam edən yanğının söndürülməsinə 1121 yanğınsöndürən, 55 vertolyot, 16 tanker təyyarəsi və 54 ağırtonnajlı iş maşınının cəlb edildiyi xəbər verirlir.

Yanğın bir çox şəhər və yaşayış məntəqələrinə ciddi zərər vurub. Hətta Alberta əyalətinə bağlı Fort Mak Murray şəhərinin hardasa yarısının yandığı bildirilir. Yaşayış məntəqələrində zərərin aradan qaldırılması üçün 10 milyard dollardan çox vəsait tələb olunur.