XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2015 - 16:22

Avropa Oyunları bitdi, bağlanış mərasimi başladı – Canlı yayım

Bu gün Bakıda I Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir.

Əvvəlcə Bakı Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi keçirilib.

Bağlanış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.

M.Dadaşov mərasimin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb.

Sonra rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib. Mahnı sədaları altında yeniyetmə idmançılar öz məharətlərini göstəriblər, rəqslər ifa olunub.

Müğənni Tünzalə Ağayeva səhnədə yer alıb, sonra M.Dadaşovun təklifi ilə stadionda “Meksika dalğası” yaşanıb. Bununla da mərasimin şou hissəsi başa çatıb və tədbirin rəsmi hissəsi başlayıb.

Strateq.az saytı 68 min nəfərlik tutuma malik Bakı Olimpiya Stadionunda keçirilən həmin mərasimi canlı olaraq təqdim edir: