XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2015 - 17:30

“Sağ olun, atletlər, sağ ol, Azərbaycan!” – Mehriban Əliyeva

“Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Oyunlarının atletləri, xanımlar və cənablar. İlk Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmişsiniz. Hörmətli həmvətənlər, birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çoxsaylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xöşbəxtlik və əmin-amanlıq arzulayıram”.

Strateq.az xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva birinci Avropa Oyunlarının rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

Mehriban Əliyeva qeyd edib ki, artıq ilk Avropa Oyunları başa çatır:

“ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik, qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi 2 il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi, bu, idman həmrəyliyinin nümunəsi oldu. Bütün xalqımız öz atletləri ilə qürur duyur. Azərbaycan atletləri ümumi yarışda ikinci yeri tutdu. Bütün atletlərə yarışda iştirak etdiyi üçün təşəkkür edirəm. Bu oyunlar sizin oyunlarınızdır və nailiyyətləriniz bizi ilhamlandırır. Hamınızı təbrik edirəm.

Mən Avropa Oyunlarını qətiyyəti və səyi ilə reallığa çevirən Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və xidməti olan hər kəsə, azarkeşlərə təşəkkür edirəm. Siz oyunlar üçün coşqu yaratdınız. Mən gözəl könüllülərimizə minnətdarlıq edirəm. Siz olmadan bu tədbiri keçirə bilməzdik. Siz bütün Avropadan Azərbaycana xoş gəldiniz və dostluq festivalının bir hissəsi oldunuz. Biz köhnə dostlarımızı salamladıq və yeni dostlar qazandıq.
Bakıda qarşıdakı illərdə Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək”.
M. Əliyeva ölkəmizdən və xalqımızdan böyük qürur duyduğunu vurğulayıb: “Sağ olun, atletlər, sağ ol, Azərbaycan!”.