XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyul 2016 - 11:15

Rusiyanın yoxa çıxan təyyarəsi tapıldı –Bütün ekipaj üzvləri həlak olub (VİDEO)

teyyare-qeza

Rusiyanın İrkutsk vilayətində yoxa çıxan “İl-76” təyyarəsinin ekipaj üzvlərindən ikisinin cəsədi tapılıb.

Bu barədə təyyarənin axtarışı üçün yaradılmış operativ qərargahdan bildirilib. Bununla da təyyaradə olan 10 ekipaj üzvünün hamısının cəsədi tapılıb.

İrkutsk vilayətinin qubernatoru hadisə ilə əlaqədar iyulun 4-də regionda matəm günü elan edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 on nəfərlik heyətlə meşə yanğınının söndürülməsində iştirak edib. Təyyarə İiulun 1-də radarlardan itib. Təyyarə iyulun 3-də tapılıb. 

Təyyarənin məhdud görmə şəraitində nəyəsə çırpıldığı ehtimal olunur. Digər versiya kimi isə müstəntiqlər texniki problemlərin yaranmasını və pilotun səhvini araşdırırlar.

AzVision.az