XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2015 - 23:52

“Merkel Avropaya böhran gətirib” – “Spiegel”dən yeni iddia
“Avrozonada üzücü iqtisadi böhran siyasi böhrana keçib, Avropa Birliyi dağılma təhlükəsi qarşısındadır və bunun da günahı alman hökumətinin uzağı görməyən strategiyasındadır”.
Bu barədə “Der Spiegel” jurnalının iqtisadi şərhçisi Henrik Müller yazıb.
Müəllifə görə, Avropa Birliyinə təhlükəni öz-özlüyündə yunan böhranı yox, son illərin siyasi qərarlarından doğan yorğunluq diktə edir. Onun fikrincə, Avropa problemlərlə yüklənib və bölünüb: “Qurum onun qarşısında duran çağırışlara – köçkün axını, dinçi terror təhdidi, Rusiyanın sürətlə silahlanması, yunan böhranı, İngiltərənin Avropa Birliyindən çıxmaqla bağlı hədələrini özünü itirməklə, daxili sıxıntı və eqoizmlə reaksiya verir”.
Onun qənaətincə, Avropa Birliyi dağılma ərəfəsindədir. Yazı müəəlifi hesab edir ki, belə bir böhranı ilk növbədə Angela Merkel hökumətinin siyasəti gətirib(Musavat.com).