Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ səfirliyi qarşısında kamikadze özünü partladıb.
Bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb.
Partlayış nəticəsində iki təhlükəsizlik orqanı əməkdaşı xəsarət alıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, bir müddət öncə İraqın paytaxtı Bağdadda da terakt törədilib. Nəticədə 30-da çox insan həlak olub.
Axar.az