XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2016 - 20:50

Lavrovla Nalbandyan görüşdü:"Qarabağla bağlı atılan addımlar müzakirə olundu"

lavrov-88

Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla Yerevanda Dağlıq Qarabağ məsələsi ilə bağlı razılıqların həyata keçirilməsini müzakirə ediblər.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti yayıb. 

“Görüş zamanı tərəflər Sankt-Peterburq və Vyana sammitlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılıqların yerinə yetirilməsi istiqamətində atılan addımları müzakirə ediblər”, – məlumatda bildirilir.

Qeyd olunur ki, Nalbandyan və Lavrov danışıqlar zamanı həmçinin Ermənistan-Rusiya müttəfiq münasibətlərini müzakirə ediblər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

Oxu.az