XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2015 - 08:05

“PAŞA Bank”ın rəhbəri dəyişdi – Taleh Kazımov kimdir?

Taleh_pasha.jpg

“PAŞA Bank”ın İdarə Heyətinə (İH) yeni sədr təyin olunub. Bankdan fins.az-a verilən məlumata görə, qurumun Müşahidə Şurasının (MŞ) qərarı ilə bu vəzifə indiyə qədər “PAŞA Bank”ın İH-nin üzvü olnuş Taleh Kazımova həvalə olunub. İndiyə qədər İH-nə rəhbərlik etmiş Fərid Axundov isə MŞ-nın üzvü kimi bankda fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Taleh Kazımov ali təhsilini 2000 – 2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsində alıb. O, 2006-cı ildə MBA dərəcəsi alıb.

İdarə Heyətinin yeni sədri peşəkar fəaliyyətə 2001-ci ildən başlayıb. T.Kazımov 02.2004-cü ildən 09.2006-cı ilədək “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləyib. 09.2006-cı ildən 01.2007-ci ilədək “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub.

T. Kazımov 2007-ci ilin iyul ayından “PASHA Bank”da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb. 2009-ci ildən isə bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutur. Taleh Kazımov 2011-ci ildən “PASHA Bank”ın İdarə Heyətinin üzvü seçilib, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.

Strateq.az