Hacıbala Abutalıbov Milli Şuranın mitinqinə “hə” dedi
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, meriya Milli Şuranın müraciətinə baxılaraq, mitinqin martın 15-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verilib.
Xatırladaq ki, mitinqin ölkədəki qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulub.