XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 18:45

Lavrovun Bakıya gəlməməsi ilə əsgərimizin şəhid edilməsi arasında əlaqə var? –Politoloqdan yeni iddia

elxan-sahinoglu-esas

Xəbər verdiyimiz kimi, bu gün saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Bu isə onu göstərir ki, bu ilin aprel ayında rəsmi Moskvanın vasitəçiliyi ilə əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. Maraqlıdır ki, bu hadisə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfərinin bu ayın ortalarına qədər təxirə salınmasının açıqlandığı bir günə təsadüf elədi.

Strateq.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəlməməsi və İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısından dərhal sonra Moskvaya qayıtması səbəbsiz deyil:

"Lavrovun Bakıya gəlməməsini səbəbi aydın idi. Əks halda, atəşkəsi pozmaqla azərbaycanlı hərbçini qətlə yetirən işğalçının bu “hərəkətinə” münasibət bildirməliydi. Əslində, Rusiya və digərləri 3 meymunu oynayırlar – görmürəm, eşitmirəm, danışmıram. Demək, yenə sıra Azərbaycan ordusundadır".

Politoloq müdafiə naziri Zakir Həsənovun "bir hərbçimizi öldürəcəklərsə, beşqat, onqat itki ilə cavablarını alacaqlar" sözlərini də xatırladıb: "Gözləyək. Nə Vyana, nə də Sankt-Peterburq görüşü işə yaradı. “Mərhələli həll” planı müzakirə olunur” fikri də nağıla bənzəyir…".