XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 20:42

Ərdoğandan helikopter qəzası haqda açıqlama –General və 9 nəfər ağır yaralandı, itkin və həlak olanlar var - FOTOLAR (YENİLƏNİB)

helikopter-yenni-azerbaycan

Türkiyənin Giresun əyalətində göyərtəsində aralarında bir tuğgeneral, zabit və əsgərlər və onların ailələri daxil  3-ü uşaq olmaqla), 15 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, helikopterin göyərtəsində jandarma bölgə rəisi Mustafa Doğru və onun həyat yoldaşı var. 

Məlumata görə, onlar əsgərlərlə bayramlaşmadan dönürmüşlər. Hazırda hadisə yerinə əlavə qüvvələr cəlb olunub. Hadisə ilə bağlı bir azdan rəsmi məlumatın yayılacağı da bildirilir.

****

Hadisə ilə bağlı Giresun bələdiyyəsinin sədrinin verdiyi açıqlamaya görə, hadisə yerinə təhlükəsizlik qüvvələri yetişiblər. ilkin məlumata görə, 15 nəfərin arasında 7 nəfərin yaralanması haqda ilkin məlumat da var…

Qəzanın hələ də dəqiq səbəbləri bilinmir. Bəzi iddialara görə, hava şəraiti belə qəzanın baş verməsinə səbəb olub…

Yəqin ki, bir azdan qəzanın səbəbi də açıqlanacaq.

****

Son məlumata görə, generalın həyat yoldaşı həlak olsa da, özünün ağır yaralı olduğu bildirilir…

***

Baş nazir Binəli Yıldırımdan ilk açıqlama gəlib. O, hərbi helikopterdə olanların dəqiq sayının hələ də müəyyən olunmadığını deyib. Ancaq o, 5 nəfərin həlak olduğunu, 5-nin də yaralandığını açıqlayıb: "Bunlar ilkin məlumatdır. Şəhidlərimiz var, yaralananlarımız var. Qəzanın başvermə səbəbini hələ ki dəqiq bilmirik. İrəliləyən dəqiqələrdə hər şey dəqiqləşəcək".

****

Yaralananlardan artıq 5 nəfərin xəstəxanaya çatdırıldığı açıqlanıb…

****

Son məlumata görə, qəzada terror "barmağı" yoxdur. Hadisənin pis hava şəraitinə görə baş verdiyi bildirilir.

***

Son açıqlamaya görə, 2-si uşaq olmaqla 9 yaralı var və onların hər biri xəstəxanaya yerləşdirilib. Hadisə meşə sahəsində baş verdiyindən hələ də arama prosesi davam etdirilir…

***

21.50.-də Türkiyə Prezidenti Ərdoğan açıqlama verib. O, hadisədən böyük üzüntü duyduqlarını deyərək, olayın təfərrüatı ilə bağlı əlaqədar qurumların araşdırma apardığını bildirib…

***

Son xəbərə görə, helikopter alçaqdan uçduğundan və yerə düşən zaman böyük ağaclara çırpıldığından göyərtidəkilərin hamısının həlak olmadığı da iddia olunur…

***

22.00-a olan məlumata görə, helikopterdə olanlardan bir nəfərin nə sağ, nə yaralı olması hələ də müəyyən edilməyib. Onun qəza anında itkin düşdüyü xəbəri var. Jandarma bölgədə axtarışını davam etdirir…

22.42. AKP-nin Guresunlu deputatı ölənlərin sayının 7 nəfər olduğunu açıqladı…

23.22. Türk silahlı qüvvələri ölənlərin sayının 7 nəfər olduğunu təsdiqlədi