XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 09:04

Bu ölkələr ABŞ-a nifrət edirmiş – Siyahı

Dünyanın super dövləti sayılan və bir çoxlarının xəyallarını bəzəyən Amerika Birləşmiş Ştatlarını, sən demə, sevməyənlər də az deyilmiş.

Strateq.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, nüfuzlu «Business Insider» son araşdırmasında ABŞ-ı sevməyən ölkələri üzə çıxarıb. Məlum olub ki, məsələn, çində əhalinin 95 faizinin Birləşmiş Ştatlara münasibəti olduqca pisdir.

Livanda Amerikanı sevməyənlər əhalinin 79 faizini təşkil edir. Pakistanda bu rəqəm 60, Fələstində 46-dır. Rusiyada əhalinin təxminən üçdə-biri – 34 faizi Amerikanı və amerikalıları sevmədiyini bildirib.

Ən maraqlı nəticələrdən biri Türkiyəyə aiddir. Araşdırma müəyyən edib ki, əhalinin 71 faizi ABŞ-ı sevmir. Dünya ölkələri arasında Birləşmiş Ştatlara ən çox rəğbəti və sevgisi olanlara gəlincə, bu siyahıya 85 faizlik göstərici ilə filippinlilər liderlik edir. İkinci sırada isə 83 faizlə Qana gəlir.