XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 01:50

Kadırov:“Ankara bizdən məlumat istəyirsə, buyursun!”

kadirov-cecen

İstanbul Atatürk hava limanındakı terror hücumunu çeçen əsilli terrorçuların təşkil etdiyi iddiasına Ramzan Kadırov maraqlı cavab verib.

Strateq.az xəbər verir ki, Çeçenistan prezidenti terrorçuluqda ittiham etdiyi bir sıra adlar çəkərək Ankaraya səslənib:"Türkiyə hökuməti terrorçular ilə əlaqədar məlumat istəyirsə, buyursun, sözlərimi qeyd etsin: Tehran Qazıyev, Əhməd Umarov, Əhməd Patayev, Şirvani Basayev, Mihran Saidov, Rizvan və Üsamə Yaqubov, Aslanbey Vadalov, Mövsar Çatayev, Hadi Alaşanov, Rüstam Naurbayev… İdarəçiləri Movladi Uduqovdur. Onlar özlərini Türkiyə sahillərində çox rahat hiss edirlər".

Bəhs etdiyi çeçenlər haqqında Ankaranı xəbərdar etdiklərini dilə gətirən Kadırov cavab olaraq yalnız əsası olmayan vədlər aldıqlarını bildirib.

Onun fikrincə, böyük itkilər verərək terrorla mübarizə etdikləri halda, cinayətkarlar xaricdə olduğu müddətcə problem bitməyəcək: "Rusiyanın inadına, Qərb və Gürcüstan təhlükəsizlik gücləri Çatayevi qorudu. Əgər Çatayevin İstanbuldakı hücumla bir əlaqəsi varsa, məsuliyyəti onlar daşıyır. Kimsə Çeçenistan tərəfə baxmasın".