XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 12:58

DİN Binəqədidəki partlayışla bağlıməlumat yaydı

DIN

Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisindəki "Golden Water" MMC-nin "Lider-Cola" istehsalat sexində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Nazirlik xəbər verir ki, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus “Golden Water” MMC-nin "Lider-Cola" istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.

Bakıda "Lider Cola" şirkətində partlayış olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, 1500-2000 kv.m ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.