XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyul 2016 - 15:00

Putindən NATO-ya daha bir “əzələ” nümayişi –İki dənizə model sistem yerləşdirilir

rus gemi

Rusiya ordusu NATO-nun hərbi fəaliyyətini artırmasına cavab olaraq Baltik və Qara dənizdə yeni model radar sistemləri yerləşdirəcək.

Bu barədə adı açıqlanmayan hərbi qaynaq “İnterfaks”a məlumat verib.

Onun sözlərinə görə, yenilənmiş “Podsolnux” radar sistemi 2017-ci ildə Baltik dənizində istifadəyə veriləcək.

Qaynaq İstanbul boğazından keçən bütün gəmiləri təsbit edə biləcək bənzər radar stansiyasının da Krımda yerləşdiriləcəyini əlavə edib.

Qeyd edək ki, “Podsolnux” radar sistemi 450 kilometr diametrində hərəkət edən bütün gəmi və təyyarələri təyin edə bilir.

Axar.az