XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 23:36

Putin və Obama DağlıqQarabağ münaqişəsini müzakirə edib

Bu gün Rusiya prezidentiVladimir Putin və ABŞ prezidentiBarak Obama arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub.

Məlumata görə, ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib.

Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair  Barak Obamanı məlumatlandırıb.

Vladimir Putin vurğulayıb ki,  Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının  vacibliyinə əsaslanıb. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib”, məlumatda deyilir.