Misirin Baş prokuroru Hişam Bərəkətin xidməti avtomobili bombalanıb. Paytaxt Qahirədə – Hişam Bərəkətin evinin yaxınlığında baş verən partlayış zamanı prokuror da avtomobildə olub. Rəsmən təsdiqlənməsə də, Hişam Bərəkətin ağır yaralandığı bildirilir.
Strateq.az-ın «Reuters»ə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Baş Prokurorun maşınına atılaraq həm özünü, həm də avtomobili partladıb.
Başqa mənbələrdən yayılan xəbərlərdə isə bombanın Bərəkətin keçdiyi yolun üzərinə qoyulduğu, partlayış nəticəsində Baş prokurorun burnunun sındığı və çiynindən ağır xəsarət aldığı qeyd olunur.
Son məlumata görə, baş prokuror hadisə zamanı maşında olub və o, dünyasını dəyişib.
Artıq Misirdəki «Giza Milli Müqavimət» Qrupu partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Qeyd edək ki, Hişam Bərəkət Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin işini “Misir tarixinin ən böyük casusluq işi” kimi qiymətləndirmişdi.
Strateq.az