XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2016 - 13:25

Qəddafinin oğlu azadlığa buraxıldı

 

kaddafi

Liviya sabiq diktatoru Müammər Qəddafinin oğlu Seyfülİslam 5 illik həbsinin ardından sərbəst buraxılıb.

Strateq.az xəbər verir ki, məlumatı onun vəkili də təsdiqləyib. Vəkilin bildirdiyinə görə, oğul Qəddafinin vəziyyəti və sağlamlığı öz qaydasındadır.

Qəddafi atasının ölümündən sonra 2011-ci ilin noyabrında Liviyanın cənubundakı Sabha şəhərində həbs olunmuşdu. Liviyanın sabiq kəşfiyyat naziri Abdullah əs-Sənusi və sabiq baş nazir əl-Bağdadi əl-Mahmudi kimi, o da 17 Fevral 2011-ci ildə başlayan xalq üsyanlarında "nümayişləri zorla yatırtmaq, aksiyaçıları öldürmək, kənd və şəhərləri mühasirəyə almaq və ictimai mallarına zərər vurmaq" kimi əməllərdə ittiham olunurdu.

Seyfülislam üsyan zamanı xalqa silkələdiyi barmağını həsb olunarkən, itirməsiylə də gündəmə gəlmiş, dünya mediasında xeyli müzakirələrə yol açmışdı. Böyük ehtimalla, onun 5 ildən sonra azadlığa buraxılması da mübahisəsiz ötüşməyəcək.