XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2016 - 17:14

“Biz iqtisadi əlaqələrimizi kəsmək niyyətində deyildik, ancaq…” –Rusiyadan daha bir Türkiyə açıqlaması

zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rəsmi Moskva ilə Ankaranın əlaqələrinin çox sürətli şəkildə düzəlməsi üçün gərəkli bütün addımların arıldığıbı bildirib.

Strateq.az xəbər verir ki, o, bu gün açıqlama verərək, qeyd edib ki, Türkiyə xalıq ilə bağlarını heç vaxt qoparmayıblar: "Biz iqtisadi əlaqələrimizi kəsmək niyyətində deyildik. Ancaq siyasi münasibətlərin soyumasının birbaşa iqtisadi münasibətləri də birbaşa təsirinə alacağının fərqindəydik. İndi bu əngəllərin qalxır, çünki Türkiyə üzr istədi".

Rəsmi Ankaranın bu üzrxahlığı daha öncədən istəməsinin vacibliyiniu xatırladan Zaxarova deyib ki, üzrün gec olması, heç olmamasından çox yaxşıdır: "Təkrar deyirik, üzrün gec olması heç olmamasından yaxşıdır. Bu üzrü qəbul etdik. Eyni zamanda, əlaqələrin ən sürətli şəkildə düzəlməs üçün də hər şeyi elədik. Sərmayə qoyulması, iqtisadi əlaqələrin bərpası və bölgədəki durum bu proseslərdən qazanclı çıxacaqlar".