Almaniya kansleri Angela Merkel Rusiyanı sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipləri pozmaqda ittiham edib.
Merkel Bundestaqda çıxışı zamanı deyib ki, Rusiya sərhədlərin toxunulmazlığı prinsipini şübhə altında qoyur.
O, Rusiya və Avropa arasında "etibarın itirilməsinə" görə Moskvanın məsuliyyət daşıdığını deyib.
Kansler vurğulayıb ki, Rusiyanın hərəkətləri Avropanın şərqində NATO-nun üzvü olan ölkələri qorxudur: "Ona görə də həmin ölkələr ittifaqın dəstəyinə ehtiyac duyurlar".
Kansler onu da etiraf edib ki, Moskvasız uzunmüddətli təhlükəsizliyi təmin etmək də mümkün olmayacaq.
ANS