"Suriya xəritədən silinməyə doğru gedir. Buna göz yummaq mümkün deyil”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Varşavada keçirilən sammitinə yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib.
O bildirib ki, miqrantlar məsələsində NATO Türkiyəni tək buraxmamalıdır: "İraq və Suriyadakı vəziyyət sammitin və ikitərəfli görüşlərin əsas gündəmi olacaq. Hər geçən gün Suriyadakı vəziyyət fərqli yola istiqamətə yönəlir. Bu məsələlər ordadakı bütün görüşlərimizdə müzakirə olunacaq”.
Ərdoğan NATO-nun bu məsələlərdə daha çox səy göstərməli olduğunu deyib:
"Bu mərhələdə NATO daha aktiv fəaliyyət göstərməlidir. NATO-nun yeni təhdidlər qarşısında özünü də gücləndirməsi çox əhəmiyyətlidir. Bu təşkilatın Türkiyəni təhdid edən hadisələr qarşısında daha çox səy göstərəcəyinə ümid edirik".
ANS