XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 11:02

Alman nəşrindən yeni iddia:"Kreml Türkiyəni NATO-dan çıxarmağın xəyallarını qurur"

putin erdoqan

Ankara ilə Moskva arasındakı barışıq sürətlə irəliləyir, amma Kreml Türkiyəni NATO-dan çıxarmağın xəyallarını qurur.

Bu iddia ilə Şpigel nəşri çıxış edib.

Alman nəşri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini Kremlin xarici siyasət kursunun ən yaxşı müdafiəçisi adlandıraraq rus qırıcısının vurulduğu vaxtı baş verənləri xatırladır:

“Rus qırıcısı türk qüvvələri tərəfindən vurulduqda Jirinovski başına gəncləri yığıb türk səfirliyinə pomidorlar atdı. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Türk Hitler” adlandırması böyük qalmaqala səbəb oldu. Lakin bütün bunlar keçmişdə qaldı. Türkiyə prezidentinin Putinə yazdığı məktubdan sonra tərəflər arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir”.

Müəllifin sözlərinə görə, hazırda Türkiyə və Rusiya özlərini gənc sevgililər kimi aparır: “Mövlud Çavuşoğlu Soçiyə gəlib öz rus həmkarı ilə görüşdü, Ərdoğan isə prezident Putinlə görüşməyi planlaşdırır”.

Xatırladaq ki, daha öncə Türkiyə prezidenti iyulun sonu, avqustun əvvəlində Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlamışdı. 

Axar.az